"Avtoşluq" edib qazinin olduğu maşınını vurdu: ailəsini qorxuya saldı - VİDEO

Paytaxtın Heydər Əliyev prospektində avtoxuliqanlıq hərəkətləri edərək qəza törədən sürücü daha sonra bu videonu sosial şəbəkələrdə paylaşıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Vətən müharibəsi iştirakçısı, qazi Əli Əhmədli Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb. Belə ki, "BMW" markalı avtomobilin sürücüsü qazinin ailəsi ilə olduğu avtomobilini vurub. "Bu adam bu gün günorta saatlarında videoda göründüyü kimi manevrlәr edәrkәn bizim maşını vurub.(Dostumun maşınıdı ağ maşın videoda da görünür.)
Vuran zaman mәnim 7 aylıq qızım, özüm, dostum vә yoldaşım çox pis qorxub. Qızımı 1 saata qәdәr sakitlәşdirә bilmәmişik vurub vә qaçıb. Adam utanmaz - utanmaz videonu tiktoka yerlәşdirib. Çox xahiş edirik, bu adam saxlanılsın vә gәlib bizә dәyәn ziyanı ödәsin vә özü bizdәn üzr istәmәlidir bu nә özbaşınalıqdır?" deyə qazi müraciət edib.
Qeyd edək ki, video shumakher.333 Tik-tok istifadəçisi tərəfindən paylaşılıb. 99-NE-333 dövlət nömrə nişanını da ad olaraq istifadə edib.
Videonu təqdim edirik:
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?














