“AvtoVAZ” “Lada Granta”nın istehsalını iki günlük dayandırır
Avtoxəbər
21 İyul 2021 17:44

Rusiyanın “AvtoVAZ” şirkəti 22-23 iyul tarixlərində “Lada Granta” avtomobillərinin istehsalını iki sutkalıq dayandıracaq.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb kimi elektron hissələrin çatışmazlığı göstərilir.
Məlumata görə, "AvtoVAZ" bu yay artıq 5-ci dəfədir ki, elektron hissələrin defisiti ilə əlaqədar olaraq istehsalı dayandırır. Bundan əvvəl “Lada Granta” və “Niva”nın istehsalı Almaniyanın “Bosch” şirkətinin tədarük etdiyi elektron hissələrin çatışmazlığına görə bir günlüyünə dayandırılıb.
Xatırladaq ki, “Lada” markası “Vesta”, “Xray”, “Largus”, “Granta” və “Niva” modellərindən ibarətdir. Brend 20%-lik payla Rusiyanın avtomobil bazarının lideridir. Bu ilin ilk yarısında şirkət 200,2 min avtomobil satıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 51% çoxdur.
Oxunub : 1436
DİGƏR XƏBƏRLƏR
26 Noyabr 2026 20:51
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
26 Noyabr 2026 17:54
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
26 Noyabr 2026 16:09
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
26 Noyabr 2026 14:00
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
26 Noyabr 2026 13:18
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
25 Noyabr 2026 23:22
Rusların sağsükanlı “Toyota” sevgisi
24 Noyabr 2026 09:18
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
23 Noyabr 2026 23:11
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
23 Noyabr 2026 19:07
Bakıda ucuz avtomobillər satışa çıxarılır
23 Noyabr 2026 13:30
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
21 Noyabr 2026 20:24
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
21 Noyabr 2026 15:00
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
ŞƏRH YAZ












