Azərbaycan elektromobil istehsal edə bilər

Azərbaycanın yaşıl inkişaf və rəqəmsallaşma ilə bağlı tutduğu yol Çinlə birgə fəaliyyət üçün yaxşı şərait yaradacaq.
“Report” xəbər verir ki, bunu Çinin CGTN telekanalına müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. “Çin şirkətləri Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna sərmayə qoyurlar, biz bunu minnətdarlıqla qəbul edirik, çünki bu, iqtisadiyyatın şaxələndirilməsinə töhfə verir. Bu, xüsusən də Çin şirkətlərinin yaxşı təmsil olunduğu tikinti materialları və neft-kimya məhsullarının istehsalıdır”, - deyə o bildirib.
H.Hacıyev qeyd edib ki, yaşıl enerji sahəsində belə əməkdaşlığa misal olaraq “ACWApower” şirkətinin çinli tərəfdaşlarla birgə fəaliyyətini göstərmək olar: “Çin məhsulları və inşaatçıları günəş və külək enerjisi layihələrinin həyata keçirilməsində iştirak edirlər”.
"Fürsətdən istifadə edərək Çini yaşıl keçiddə əldə etdiyi nailiyyətlərə görə təbrik etmək istərdim. Çin bu işdə milli və qlobal səviyyədə praktiki nəticələr nümayiş etdirir, həmçinin öz nailiyyətlərini başqaları ilə bölüşür", - deyə Prezidentin köməkçisi vurğulayıb.
H.Hacıyevin sözlərinə görə, budəfəki səfər zamanı oxşar layihələr müzakirə olunub, məsələn, çinli tərəfdaşların köməyi ilə Azərbaycanda bərpa olunan enerji sektoru üçün istehsal müəssisələrinin, ölkədə elektromobillərin istehsalı xəttinin yaradılması buraya daxildir:
“Bu gün Bakının küçələrində Çinin elektromobillərini görmək olar. Ümumiyyətlə, Çində avtomobil sənayesinin bu seqmenti yaxşı inkişaf edib”.
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?












