Dövlət Vergi Xidməti hibrid avtomobillərə ediləcək güzəştlərlə bağlı AÇIQLAMA YAYDI

Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin idxal və satışına vergi güzəştlərinin müəyyən edilməsi təklif olunub. Dövlət Vergi Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, qeyd olunan məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb ki, bu da ölkənin avtomobil sektorunda ekoloji baxımdan təhlükəsiz nəqliyyat vasitələrinin xüsusi çəkisinin artırılması məqsədini daşıyır.
Belə ki, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı satışının, habelə həmin avtomobillər üçün elektrik enerji doldurucularının idxalının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur. İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalının da 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi təklif olunur.
Ekoloji təmiz elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməklə müvafiq normativ-hüquqi bazanın formalaşdırılması nəzərdə tutulur.
Beləliklə, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, növbəti ildən satışının, habelə hibrid avtomobillərin idxalının və satışının ƏDV-dən azad olunması nəticəsində bu avtomobillərin bazarda qiymətinin aşağı düşməsi nəticəsində əhali üçün əlçatanlığı artacaq, habelə ekoloji mühitə öz müsbət töhfəsini verəcək.
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır











