Azərbaycanda elektomobillərə maraq niyə azdır? – Ekspert SƏBƏBLƏRİ açıqladı

Son illərdə bütün dünyada elektormobillərə maraq birə-beş artıb. Bunun əsas səbəbi sözügedən avtomobillərin ekoloji cəhətdən daha zərərsiz olmasıdır.
Ölkəmizdə də, elektormobillərdən istifadənin stimullaşdırılması istiqamətində müəyyən tədbirlər görülür.
Lakin...
“Azərbaycanda elektormobillərlə bağlı vəziyyət heç də ürəkaçan səviyyədə deyil”, - deyə avtomobil eksperti Elməddin Muradlı Bizim.Media-ya verdiyi müsahibəsində fikirlərini bölüşüb.
Ekspert elektomobillərdən ölkəmizdə nadir hallarda istifadə olunmasına bir neçə səbəblə əlaqələndirib:
1. Vətəndaşların bu tip maşınlara inamı azdır. Çünki elektormobillər üçün, enerjidoldurma məntəqələri, servis xidmətləri, peşəkar usta kontingenti kimi həllini gözləyən məsələlər mövcuddur.
2. Onların ölkəyə gətirilməsi üçün rüsumlar da yüksəkdir və düşünürəm ki, bu ümumiyyətlə ləğv olunmalıdır. Bu vətəndaşların elektrik enerjisi ilə çalışan avtomobillərə marağını daha da artırar. Hazırda Azərbaycanda 100 min manatlıq maşın ölkəyə gətirildikdə 15 min manat vergi və rüsum tələb olunur.
3. Bu cür avtomobillərin qiyməti bahadır. “Tesla” kimi bahalı markaların avtomobillərinə bu qədər məbləğ ödəmək əhalinin böyük əksəriyyətinin cibinə uyğun deyil. Bu səbəbdən də, Azərbaycanda hibrid avtomobillərə daha çox üstünlük verilir. Onların əksəriyyətinin qiyməti isə, 12-20 min manat civarındadır. Eyni zamanda bundan daha yüksək məbləği ödəmək istəyən şəxslər, əksinə daha böyük mühərrik həcmi olan avtomobillərə yönəlirlər.
Elməddin Muradlı dünya təcrübəsindən örnəklər verərək, elektormobillərə marağın hansı metodlarla artırıla biləcəyinə də aydınlıq gətirib:
“Bizim qanunvericilikdə və Prezident İlham Əliyev tərəfindən imzalanmış inkişaf proqramında bu məsələ öz əksini tapıb; Elektromobillərin ölkəyə gətirilməsi stimullaşdırılmalıdır. Bunun üçün çox böyük güzəştlərə ehtiyac var. Dünya təcrübəsində stimullaşdırma istiqamətinə müxtəlif kreativ addımlar atılır və bu təcrübələri öyrənmək lazımdır. Məsələn, Almaniyada, İsveçrədə elektomobil aldıqda vətəndaşlara əlavə olaraq pul ödənilir ki, evlərinin yaxınlığında enerji doldurmaq üçün cihaz quraşdırsınlar. Bunun üçün lazımi məbləğ, bizim valyuta ilə təqribən 2 min manat civarındadır. Onun 1200 manata yaxın hissəsini dövlət ödəyir”.
Ekspert elektromobillərlə bağlı iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun “İşğaldan azad olunmuş ərazilərdə əsasən elektormobillərdən istifadə olunacaq” fikrini də yüksək qiymətləndirib.
Elməddin Muradlının fikrincə, bu istiqamətdə gec olmadan təbliğat və stimullaşdırıcı işlərin aparılması vacibdir.
Alman avtomobil nəhəngləri böhran içində: Gəlirlər azalır
Bakıda qeyri-adi avtomobilləri görmək üçün BULVARA GEDİN! - FOTO
Cərimə ballarının ləğvi və 30-a qaldırılması Milli Məclisdə müzakirəyə çıxarıldı - ŞAD XƏBƏR
Avropalı ekspert: çinli istehsalçılar yaponların yolu ilə gedirlər
Sovetin əfsanəsi geri döndü: yeni “Volqa” fantastik qiymətə satışda - FOTO
Təkər əyriliyinə görə yaranan problemlər
Etibarnamə ilə alınan avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ
“Toyota”nın saxta transmissiyası
İndiyə kimi neçə avtomobil utilizasiyaya verilib? – RƏSMİ AÇIQLAMA
Sürücüsüz avtomobillərlə bağlı TƏLƏBLƏR müəyyənləşir - Hansı hallarda İCAZƏ VERİLƏCƏK?
Elektromobillər daha az sürülür










