Azərbaycanda elektrik və hibrid mühərrikli avtomobillərin sayı açıqlanıb

Hazırda Azərbaycanda 6 974 ədəd elektrik mühərrikli, 83 351 ədəd isə hibrid mühərrikli nəqliyyat vasitəsi var. Avtosfer.az xəbər verir ki, bunu daxili işlər nazirinin müavini Oqtay Kərimov bakıda “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirədə bildirib.
Onun sözlərinə görə, dövlət qeydiyyatında olan ekoloji təmiz, elektrik və hibrid mühərrikli avtomobillər ümumi nəqliyyat vasitələrinin 4,7 %-ni təşkil edir:
"Hazırda ölkədə qeydiyyata alınmış ümumi nəqliyyat vasitələrin sayı 1 909 873 ədəd, o cümlədən Bakıda 804 223 ədəddir. Paytaxtda 5 812 ədəd elektrik mühərrikli, 57 530 ədəd isə hibrid mühərrikli nəqliyyat vasitəsi var. Təkcə bu il ilkin qeydiyyatı alınan ümumi nəqliyyat vasitələrinin 40 %-i hibrid və elektrik mühərrikli nəqliyyat vasitələri olub. 2023-cü il ildən bəri dövlət qeydiyyatını alınan elektrik və hibrid mühərrikli nəqliyyat vasitələrinin sayı iki dəfə artıb”.
Bundan başqa, nazir müavini qeyd edib ki, Azərbaycanda 291 məntəqədə 608 ədəd elektrik doldurma cihazı quraşdırılıb.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












