Azərbaycanda elektromobildən istifadənin stimullaşdırılması müzakirə edilib

"Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya"nın "Sərhəddə ticarət" işçi qrupunun "Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviq edilməsi sahəsində təhlillərin, qiymətləndirmələrin aparılması və müvafiq təkliflərin hazırlanması üzrə" altqrupunun iclası keçirilib.
Avtosfer.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, aidiyyəti dövlət qurumlarının məsul şəxsləri ilə yanaşı, özəl sektor nümayəndələrinin də iştirak etdiyi tədbirdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri Vüsal Şıxəliyev tərəfindən altqrupun fəaliyyət istiqaməti və bu kontekstdə qarşıda duran əsas hədəflər barədə ümumi məlumat verilib.
İclas zamanı iştirakçılar tərəfindən elektrik və hibrid avtomobillərinin istifadəsinin stimullaşdırılması üzrə vergi siyasəti, həmin nəqliyyat vasitələrinin istifadəsinin təşviqi və istismar müddəti bitmiş avtomobillərin məhdudlaşdırılması sahəsində görülməli tədbirlər, elektromobillərin istifadəsinin genişləndilməsi üçün maliyyə resurslarına çıxışın əlçatanlığının təmin olunması və bu sahədə əlverişli şərtlərlə kreditlərin verilməsi imkanları, elektrik enerji doldurucu məntəqələrinin genişləndirilməsi, bu məntəqələr vasitəsilə enerji satışının tənzimlənməsi məsələləri, o cümlədən sözügedən nəqliyyat vasitələrinin istifadəsinin ekoloji əhəmiyyəti və bu sahədə görülməli ekoloji tədbirlər haqqında ətraflı müzakirələr və fikir mübadiləsi aparılıb.
Eyni zamanda, qeyd olunan sahələrdə məqsədyönlü şəkildə addımların atılması, qarşıya qoyulan hədəflərə nail olunması üçün dövlət və özəl sektor nümayəndələri tərəfindən bu istiqamətdə təhlillər aparılmaqla kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Sonda, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev müvafiq təkliflərin hazırlanması üzrə Yol Xəritəsinin tərtibi ilə bağlı altqrupun nəzdində yaradılmış tematik qruplar üzrə məlumatları tədbir iştirakçılarına təqdim edib, habelə bu istiqamətdə görüləcək işlərlə bağlı Yol Xəritəsinin hazırlanmasının vacibliyini və qarşıdakı günlərdə altqrupun növbəti iclasının keçiriləcəyini diqqətə çatdırıb.
Səsboğucu hansı hallarda qanunidir? - Maşın həvəskarlarının DİQQƏTİNƏ - 150 MANAT CƏRİMƏ
Yarım əsrlik “Niva” 60 min manata satışa çıxarıldı - FOTOLAR
Açıq səma altında avtomobil muzeyi tarixə qovuşdu - FOTO
Elektromobil və hibrid satışında növbəti rekord
Beton yolun insan səhhəti üçün zərərli olduğu bildirilir - FOTO
Avtomobil bazarında SON VƏZİYYƏT - VİDEO
Tamamilə Yeni RAV4 – Hər macərada daha möhkəm və daha rahat - FOTO
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO










