Azərbaycanın istehsal etdiyi avtomobillərin sayı artır - Üstünlüyü nədir?

"Bu gün Azərbaycanda istehsal olunan avtomobillərə tələbat var. İldə təxminən 2 min ədəd minik avtomobilləri istehsal olunur və onların hamısı rahatlıqla satılır".
Avtosfer.az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov 2025-ci ildə yerli avtomobillərə tələbin artıb-artmaması ilə bağlı suallara cavablayarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda bu avtomobilləri tələbli edən iki ay əsas faktor var:
"Birincisi, qiymətinin rəqabətə dözümlü olması, ikincisi isə Azərbaycanda istehsal olunun minik avtomobilləri bugünkü müasir, Avropa standartlarına cavab verir. Burada biz ekoloji, həm də təhlüksizlik standartları qeyd edə bilərik. Bu gün avtomobil seqmentində Azərbaycan Avropa spesifikasiyasına aiddir. Elə ona görə də Avropa spesifikasiyalı avtomobillər istehsal olunur və qeyd etdiyim kimi rahatlıqla satılır".
Eldəniz Cəfərov hesab edir ki, 2025-ci ildə bu tendensiya davam edəcək:
"Tələb də artacaq. Əgər Azərbaycanda iki zavodda minik avtomobili istehsal olunurdusa, 2025-ci ildən bu avtomobillərin sayı artacaq. Bundan əlavə istehsalın həcmi də artacaq. Düşünürəm ki, 2025-ci ilin sonuna kimi bu rəqəm 2 mindən 5 minə kimi yüksələ bilər".
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR










