Bakıda 389 taksi sürücüsü cəzalandırıldı – Qayda pozanlara qarşı mübarizə SƏRTLƏŞDİ

Aprel-may aylarında taksi daşımasında qayda pozuntularına qarşı ciddi tədbirlər görülüb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aprel və may aylarında taksi minik avtomobilləri ilə daşımalarda sərnişindaşıma qaydalarına və sərnişin-sürücü münasibətlərində sürücülər tərəfindən edilmiş qayda pozuntularına görə ciddi nəzarət tədbirləri həyata keçirilib.
Nəticədə 389 nəqliyyat vasitəsinin fəaliyyəti, eləcə də həmin avtomobillərin sürücülərinə sifarişlərin ötürülməsi dayandırılıb. Qeyd olunan saydan 182 nəqliyyat vasitəsinə verilmiş buraxılış kartları (icazələr) ləğv edilib.
Bu tədbirlər sərnişinlərin təhlükəsizliyinin təmin olunması, xidmət keyfiyyətinin yüksəldilməsi və bu sahədə nizam-intizamın gücləndirilməsi məqsədilə həyata keçirilir. Belə ki, müxtəlif mənbələrdən, o cümlədən sərnişinlərin 141 qaynar xətt vasitisilə, eləcə də sosial şəbəkələrdən və müxtəlif media resurslarından ünvanladığı şikayətlər araşdırılıb. Həmin şikayətlərin bir çoxu öz təsdiqini tapıb və nəticədə AYNA tərəfindən ciddi tədbirlər görülüb.
Qeyd edək ki, taksi fəaliyyətində təkmilləşdirmə işləri davam etdirilir, qanunvericiliyə edilmiş dəyişikliklərin və yeniliklərin tətbiqinə nəzarət daha da gücləndirilib. Bundan əvvəl isə AYNA hüquqi və fiziki şəxslərə dəfələrlə müraciət edərək görüşlər keçirib və qanunvericiliyin tələblərini izah edib.
Emin
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?










