Bakıda narkoman “avtoş” həbs edildi – 90 UG 764 - FOTO

Dünən gecə saat 1 radələrində Nəsimi rayonu ərazisində avtoxuliqanlıq edərək əhalinin dincliyini və yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs yol polisi tərəfindən saxlanılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, 32 yaşlı Perarin Emin Fikrət oğlu idarə etdiyi 90 UG 764 dövlət nömrə nişanlı “Volkswagen Golf” markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq edib. Yol polisləri və Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan Emin Perarinin narkotik vasitənin təsiri altında olduğu üzə çıxıb. Bundan başqa, sürücü karantin qaydalarını da pozub. Onun barəsində toplanmış materiallar Nəsimi rayon Məhkəməsinə göndərilib. İnzibati Xətalar Məcəlləsinin 211, 333 və 511-ci maddələri ilə təqsirıi bilinən Emin Perarin 30 gün müddətinə inzibati qaydada həbs edilib. Onun sürücülük hüququ isə 1 il müddətinə məhdudlaşdırılıb.
Elmin
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












