Bayden Si Cinpinin limuzinini öz “Vəhşi”si ilə müqayisə etdi - VİDEO - FOTO

ABŞ Prezidenti Co Bayden Çin Sədri Si Cinpinin limuzinini “möhtəşəm avtomobil” adlandırıb və onu özünün “Vəhşi” adlandırılan avtomobili ilə müqayisə edib.
Liderlər arasında söhbətin videosunu Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Hua Çunin “X” sosial şəbəkəsindəki (keçmiş “Twitter”) hesabında paylaşıb.
“Bu avtomobil möhtəşəmdir”.
Bu sözləri Bayden Çin liderinin limuzinini göstərərək deyib.
“Qırmızı bayraq (“Hongqi”), Çin brendidir. Çəkinməyin, daha yaxından baxın”, - deyə Si Cinpin cavab verib.
Amerika prezidenti həmçinin Çin limuzinini beynəlxalq səfərlər zamanı səyahət etdiyi avtomobili ilə müqayisə edib.
“Bilirsiniz, onu necə adlandırıblar? “Vəhşi”, - deyə Bayden öyünüb.
Qeyd olunur ki, Si Cinpinin limuzini Çində indiyə qədər istehsal olunan ən bahalı avtomobil olub. Onun dizayn ideyası 1960-cı illərin klassik “Hongqi CA770” modellərinə əsaslanır. Çin liderinin avtomobilinin dəqiq xüsusiyyətləri məlum deyil, lakin verilən məlumata görə, onu Böyük Britaniyada istehsal olunan “Rolls-Royce Phantom” avtomobili ilə müqayisə etmək olar.
ABŞ prezidentinin zirehli “Cadillac” limuzini isə “Vəhşi” (“Beast”) kimi tanınır. Bu adı avtomobilə dövlətin yüksəkvəzifəli şəxslərinin mühafizəsinə cavabdeh olan ABŞ-nin Məxfi Xidməti verib. Avtomobilin rəsmi kod adı “Stagecoach”dır (“Diliсan”). Onun dizaynı “Cadillac”ın Miçiqan ştatının Detroyt şəhərindəki zavodunun istehsal xətlərindən çıxan bütün seriya avtomobillərdən fərqlidir. Onun çəkisinin doqquz tondan artıq və içərisində isə yeddinəfərlik yerin olduğu bildirilir. (oxu.az)
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












