“Bentley” iki milyon dollarlıq yeni kabrioletinə ad tapdı - VİDEO

“Bentley” şirkəti Britaniya markasının ən statuslu müştəriləri üçün olduqca kiçik tirajla buraxılacaq yeni eksklüziv üstü açıq modelin ilk tizerini təqdim edib.
“Autonews”un məlumatına əsasən, dəyəri 2 milyon dollara yaxın olan avtomobil Meksikanıın məşhur turizm mərkəzlərindən birinin şərəfinə “Bacalar” adlandırılacaq.
Unikal kuzovlu kabriolet “Mulliner” saray atelyesinin mütəxəssisləri tərəfindən yaradılacaq.
İlkin məlumata görə, “Bacalar” barkett tipli kuzovlu böyük avtomobil olacaq. Onun interyerində innovasiyalı və nadir materiallardan istifadə olunacaq: məsələn, salonda relikt qovaq və misdən hissələr olacaq. “Bentley Bacalar” iki turbinli altı litrlik “W12” mühərriki ilə təchiz olunacaq.
Kabrioletin 3,7 saniyədə 100 km/s sürət yığan yeni “Continental”dan yüngül və sürətli olacağı gözlənilir.
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA











