Beş min manatlıq sığorta ödənişi sürücüləri qane etmir - Qanun niyə yenilənmir? - VİDEO

Ölkəmizdə avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər 10 il əvvəl müəyyən edilən qaydalarla verilir.
Hazırda avtomobilə dəymiş ziyana görə sığorta şirkətləri tərəfindən maksimal 5 min manat ödənilir.
Sürücülərin və avtomobil ustalarının sözlərinə görə, avtomobil bazarında sözügedən müddət ərzində baş verən qiymət artımı ehtiyat hissələrinin də bahalaşmasına səbəb olub. Bu isə dəymiş ziyanı ödəməyə kifayət etmir.
Sığorta sahəsi üzrə ekspertlər bildirirlər ki, həm adi, həm də zəncirvari qəzalarda ödənilən məbləğin hadisə iştirakçılarının sayından asılı olmayaraq dəyişməməsi mübahisələri daha da artırır.
Ekspert Tural Şükürovun sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulan məbləğ azı 2-3 dəfə artırılmalıdır. Bu zaman sığorta haqqı da artırıla bilər.
Qeyd edək ki, icbari avtonəqliyyat sığortası 8 oktyabr 2011-ci il tarixdə qüvvəyə minmiş "İcbari sığortalar haqqında" qanunla tənzimlənir.
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır












