Bəzi avtomobilləri ucuz almaq mümkün olacaq - VİDEO

Ölkəmizə gətirilən bəzi avtomobillər idxal rüsumundan azad olunacaq.
Avtosfer.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi elektrik mühərrikli avtomobillərin idxal rüsumundan azad olunması üçün təkliflər hazırlayıb. Müvafiq qurumlardan müsbət rəy alındıqdan sonra təkliflər hökümətə təqdim olunacaq. İqtisadçı-ekspert Xalid Kərimli deyib ki, hazırda bu növ nəqliyyat vasitələrinə görə rüsum tələb edildiyi üçün belə maşınların ölkəyə gətirilməsində müəyyən çətinliklər yaşanır. Ekspert bildirib ki, elektrik mühərrikli avtomobillər yeni sənaye sahəsinin məhsulu olduğuna görə dünya bazarında yüksək qiymətə satışa çıxarılır. Onun sözlərinə görə, bu tip avtomobillərin Azərbaycana idxalı zamanı rüsumun tətbiq edilməsi onların qiymətinə ciddi təsir edir. Xalid Kərimli qeyd edib ki, təkliflər qəbul olunarsa, qiymətlər enəcək və ekoloji təmiz avtomobillər daha əlçatan olacaq. Ekspert əlavə edib ki, elektriklə işləyən avtomobillərdən geniş istifadə üçün paytaxtla yanaşı bölgələrdə də enerji doldurma məntəqələri qurulmalıdır.
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK










