BMW bunun istehsalını dayandırdı

BMW xüsusi modellərindən biri olan 3 Series Gran Turismo hetçbekinin istehsalını dayandırıb.
Autocar nəşrinin bildirdiyinə görə, 2020-ci ildə BMW 3 Series sedan və universalının arasında qərarlaşmış 3 Series GT hetçbekinin istehsalına son verilib. Keçən ilin may ayında BMW şirkətinin o zamankı rəhbəri Harald Kryuger birinci rüb üçün maliyyə nəticələrini elan edərkən, Gran Turismo hetçbekinin 3 Series ailəsinin yeni nəsilində varisinin olmayacağını qeyd etmişdi. Bu qərarın səbəbi aşikardır: satış nəticələrinə görə BMW 3 Series GT hetçbeki ümidsiz şəkildə krossoverlərdən geridə qalırdı.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, özündə sedan və universalın xüsusiyyətlərini cəmləşdirən Gran Turismo, hətta 3 Series üçün də xüsusi model olub. Üçüncü seriya GT hetçbekinin istehsalının sona çatması, 2021-ci ilə planlaşdırılan güc aqreqatlarının sayının ixtisara salınması ilə yanaşı, BMW tərəfindən həyata keçirilən xərclərin azaldılması tədbirlərindən biri olacaqdır. Bu ixtisar, qısa müddətdə konsernə ən azından 12 milyard avro qənaət etməyə imkan verəcəkdir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












