"Bu, 1 ilə 1,26 milyon arasında avtomobil itkisinə bərabərdir"

Yale Universitetinin iqtisadçıları tərəfindən hazırlanan yeni bir hesabatda İlon Maskın siyasi mövqeyinin "Tesla" şirkətinə milyardlarla dollara başa gəldiyini ortaya qoyub.
Avtosfer.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Milli İqtisadi Tədqiqatlar Bürosu (NBER) tərəfindən dərc olunan araşdırmaya görə, Maskın 2022-ci ildə "Twitter"i alaraq “X” kimi yenidən markalaşdırmasından bəri ABŞ-də "Tesla"nın satışları kəskin şəkildə azalıb.
Tədqiqatçılar bu hadisəni “Mask partiya təsiri” adlandırır və bildirirlər ki, 2022-ci ilin oktyabrı ilə 2025-ci ilin aprel ayı arasında "Tesla"nın ABŞ satışları 67–83 faiz azalıb. Bu, 1 ilə 1,26 milyon arasında avtomobil itkisinə bərabərdir.
Maskın getdikcə daha aydın görünən Respublikaçı meylləri, ətraf mühitə həssas Demokrat seçiciləri "Tesla"dan uzaqlaşdırıb. Hesabata görə bu vəziyyət, rəqib elektrikli və hibrid avtomobil istehsalçılarının satışlarını 17–22 faiz artırıb.
Bundan əlavə, Maskın Donald Trump administrasiyasında Hökumət Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik etməsi və təxminən 300 milyon dollarlıq Respublikaçı ianəsi, "Tesla"nın imicinə mənfi təsir göstərib.("Operativ Məlumat Mərkəzi-OMM")
Daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?












