Nömrəni saxtalaşdıran narkoman sürücü DYP postunda TUTULDU - VİDEO

Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücü həbs edilib.
Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, YPX Alayının əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.
Belə ki, Şirvan şəhər sakini İ.Həsənovun idarə etdiyi "Chevrolet" markalı avtomobil cərimə borcu olduğu üçün Hacıqabul-Horadiz yolu üzərində yerləşən stasionar postda saxlanılıb.
Araşdırma zamanı sürücülük hüququ məhdudlaşdırılan İ.Həsənovun avtomobilin dövlət qeydiyyat nişanlarını saxtalaşdırması aşkarlanıb. Qeyri-adekvat hərəkətləri ilə şübhə doğuran İ.Həsənovun tibbi müayinədən keçməsi təmin edilib.
Müayinə zamanı İ.Həsənovun narkotik maddə qəbul etməsi müəyyən olunub və o, bu əməlini etiraf edib.
Faktla bağlı toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib və İ.Həsənov inzibati qaydada həbs edilib.
Texniki pasportda mühərrik nömrəsi yoxdursa, ada keçirmək olarmı? – İZAH – VİDEO
Paytaxtda "avtoş"luq edən sürücü HƏBS EDİLDİ - VİDEO
Hamını ağılsız, özünü isə ağıllı hesab etdi – Sürücünün hərəkəti əsəb yaratdı - VİDEO
Maşını elə yerdə saxladıki sürücü keçib gedə bilmədi - VİDEO
İkisi də qayda pozdu; üzr istəmək əvəzinə qışqırıb özünü haqlı saydı - VİDEO
Qəzaya düşən deputat KİMDİR?
Nərimanovdakı 2 zolaqlı küçədə parklanan maşınlar tıxac yaradır - VİDEO
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO












