Bu avtomobillərin ölkəyə idxalı mümkün olmayacaq - VİDEO

Gələn ildən bəzi avtomobillərin ölkəyə idxalı mümkün olmayacaq. Avtosfer.az bildirir ki, 2024-cü il yanvarın 1-dən 2014 və ya onlan əvvəlki dövrdə istehsal olunmuş avtomobillərin Azərbaycana idxal edilməyəcək.
Mövzu ilə bağlı danışan nəqliyyat sahəsi üzrə ekspert Yasin Mustafayev bildirib ki, bu məsələ Nazirlər Kabinetinin qərarına əsasən tənzimlənir.
Qərara əsasən artıq 2024-cü ildə istehsal ili 2014 və ya əvvəlki dövrdə olan nəqliyyat vasitələrinin ölkəyə idxalına məhdudiyyət qoyulacaq. Onun sözlərinə, bütün dünya ölkələri müasir tipli avtomobillərə keçid edir. Azərbaycan da bu prosesdən geri qalmaq istəmir.
Ekspert əlavə edib ki, istehsal ili 10 ildən çox olan avtomobillərin idxalına qoyulan qadağa bazara təsirsiz ötüşməyəcək. 2024-cü ilin ilk aylarından avtomobillərin qiymətində 5-10 faiz artımın olacağı gözlənilir.
O hesab edir ki, ölkəyə istehsal ili yeni, bir qədər ucuz avtomobillər idxal etməklə qiymət artımın qarşısını qismən almaq olar.
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












