Bu il elektromobil satışları 20 faizdən çox artacaq

2024-cü ildə elektromobil satışlarının 20 faizdən çox artaraq 17 milyona çatacağı gözlənilir.
Avtosfer.az “Azərtac” xəbər verir ki, bu barədə proqnoz Beynəlxalq Enerji Agentliyinin (BEA) illik sənaye hesabatında yer alıb. Məlumata görə, cari ilin ilk rübündə elektromobil satışları illik ifadədə təxminən 25 faiz artıb.
Hesabatda, həmçinin 2024-cü ildə elektromobillərin ümumi avtomobil satışlarındakı payının təxminən 20 faizə, 2035-ci ilədək isə 65 faizə çatacağı bildirilir. Eyni zamanda, elektrik mühərriki ilə çalışan avtomobil satışlarının bu il Çində 45 faiz, Avropada 25 faiz, ABŞ-da isə 11 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
“Financial Times” qəzetinin məlumatına görə, avtomobil istehsalçıları yüksək qiymətlər və enerji doldurma stansiyalarının azlığı səbəbindən elektromobillərə marağın qismən azaldığını deyirlər.
Dünyanın iki ən böyük elektromobil istehsalçı olan Tesla və BYD bu ilin ilk rübündə satışların 2023-cü ilin oktyabr-dekabr ayları ilə müqayisədə azaldığını təsdiqləyib.
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?
Çin avtomobili kraş-testdə 0 bal aldı - VİDEO












