Çin avtomobili almaq istəyənlərə XƏBƏRDARLIQ: Alverçilərə inanmayın, əks halda…

Son günlərdə Çin istehsallı avtomobillərin hərəkətdə olarkən qəfil dayanması ilə bağlı şikayətlər artıb. Bu isə sürücülər arasında ciddi narahatlıq yaradıb. Maraqlı suallardan biri də budur: Gələcəkdə bu avtomobillərin Azərbaycanda istifadəsi məhdudlaşdırıla bilərmi?
Avtosfer.az xəbər verir ki , məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, son zamanlar mətbuatda da bu istiqamətdə məlumatlar yayılıb və problem əsasən qeyri-rəsmi xətt üzrə ölkəyə gətirilən avtomobillərlə bağlıdır.
Onun sözlərinə görə, bəzi avtomobillərin rəsmi olmayan idxalçılar tərəfindən gətirilməsi səbəbindən proqram təminatında məhdudiyyətlər yaranır:
“Rəsmi diler, yerli distribütor və istehsalçı zavod arasında bağlanmış sazişlərdə müəyyən müddətlər qoyulur. Həmin müddət bitdikdən sonra avtomobildə proqramla bağlı məhdudiyyət yarana bilər. Qeyri-rəsmi idxal olunan maşınlarda isə bu proseslər nəzarətsiz qalır”.
E.Əliyev qeyd edib ki, xüsusilə fərdi şəxslər – alverçilər tərəfindən gətirilən avtomobillərdə daha çox problemlər üzə çıxır:
“Müştəriyə satarkən proqram yenilənməsi və digər texniki məqamlar barədə məlumat verilmir. Avtomobil yolda saxladıqda və yenidən işə salındıqda birdən-birə proqram yenilənməsi başlayır və sürücü bir saat yolda qalıb gözləməli olur. Bu, narahatlıq yaradan, lakin kiçik məqamlardır”.
Assosiasiya rəhbərinin sözlərinə görə, əsas təhlükə avtomobillərin geri çağırılması zamanı ortaya çıxır. Zavod müəyyən seriyada qüsur aşkarladıqda həmin avtomobilləri geri çağırır, lakin qeyri-rəsmi xətt üzrə gətirilən nəqliyyat vasitələri bu siyahıya düşmür:
“Rəsmi distribütordan alınmış zəmanətli avtomobillərin sahiblərinə geri çağırılma barədə məlumat verilir və problem dərhal həll olunur. Hətta avtomobil yenisi ilə əvəz oluna bilər. Amma qeyri-rəsmi şəkildə gətirilmiş avtomobillər üçün belə imkan yoxdur. Bu isə yollarda ciddi təhlükə yarada bilər”.
Eyyub Əliyev bildirib ki, bu məsələ uzun müddətdir gündəmdədir və təhlükəsizlik baxımından sürücülərə tövsiyə olunur ki, avtomobil alarkən rəsmi distribütora üstünlük versinlər:
“Bu gün avtoparkın böyük hissəsini qeyri-rəsmi xətt üzrə gətirilən avtomobillər təşkil edir. Problem ortaya çıxarsa, sahibinin məlumat əldə etmək imkanı olmayacaq. Bu isə qəza və digər riskləri artırır”.
Ekspertin sözlərinə görə, hazırkı vəziyyət belə davam edərsə, gələcəkdə dövlət səviyyəsində qeyri-rəsmi idxal olunan avtomobillərə müəyyən məhdudiyyətlər qoyula bilər.
"Chery" şirkətinin baş direktoru buna görə üzr istədi - FOTO
Avropada elektromobil satışında qeyri-bərabərlik
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR












