Çin avtomobili satan salonlar bağlanır – SƏBƏB

Rusiyada Çin avtomobili satan salonların bağlanma tempi artıb.
Avtosfer.az xəbər verir ki, ilin əvvəlindən Çin avtomobilləri satan 213 salon bağlanıb. Ötən ilin son rübündə 63 salon bağlanmışdı. Halbuki, 2024-cü ilin əvvəlində Federasiyada Çİn avtomobilləri üzrə ixtisaslaşan 4 mindən çox salon fəaliyyət göstəriurdi.
Ekspertlər bu geriləməni çinli iş adamlarının səhv marketinq siyasəti ilə izah edirlər. Belə ki, Rusiya-
Ukrayna müharibəsi başladığı dövrdə Çindən kütləvi surətdə idxal başladı. Ölkənin kiçik şəhərlərində belə, Çİn avtosalonları açılmağa başladı. Avtomobillər kütləvi daşındığı üçün bazarda artıqlıq yarandı.
İqtisadi terminlə desək, təklif tələbi üstələdi. Bu səbəbdən bir çox avtosalon zərərlə işləməyə başladı. Hazırda bir çox dilerin anbarında müştəri gözləyən 2022-2023-cü il istehsalı avtomobillər yığılıb qalıb. Endirim kampaniyaları belə, anbarları boşaltmağa imkan vermir.
Digər səbəb əhalinin gözləmə mövqeyində olmasıdır.
Son vaxtlar Ukraynada müharibənin dayanmasına dair fikirlər daha tez-tez səslənir. Buna görə də, ruslar sanksiyaların aradan qalxacağına ümid edirlər. Bir çox sürücü Qərb və ya Yaponiya istehsalı olan avtomobil almaq ümidi ilə köhnə avtomobilini yeniləməyə tələsmir.
Qeyd edək ki, artıq Rusiya Çin avtomobilləri üçün əsas bazar statusunu əldən verib. Braziliya və BƏƏ artıq federasiyanı qabaqlayıb.
Vüqar
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












