Çin avtomobilləri BAZARI “İŞĞAL” edir

Türkiyənin minik avtomobili bazarında Çin avtomobillərinin payı sürətlə artır.
Türkiyədə yanvar və fevral ayları ərzində 185 min 691 ədəd minik avtomobili satılıb.Satılan avtomobillər arasında Çin mənşəli 10 markaya aid olan avtomobillər də var.
Agentliyin məlumatına görə, Türkiyədə hələ də fransız və alman brendləri üstünlük təşkil etsə də son illərdə Çin brendlərinin də payı artır. Çin avtomobil şirkətləri yanvar-fevral ayları ərzində 12 min 781 ədəd minik avtomobili satıb. Satışda ciddi artım qeydə alınıb və çinlilərin Türkiyədə bazar payı 6,88 faizə çatıb.
Maraqlı fakt odur ki, Çin avtomobillərinin bazar payında artım 2024-cü ildən daha böyük sürlətlə gedir. 2023-cü ilin fevral ayında çinlilər Türkiyədə 1000 avtomobil satdığı halda bu il satış sayı bir neçə dəfə artıb.
Türkiyəli ekspertlər hesab edir ki, Çin Türkiyəni Avropaya açılan qapı kimi görür. Buna görə də ekspertlər düşünür ki, son illərdə Çin avtomobillərinə Avropada da maraq artdığından Çin mənşəli avtomobillərin Türkiyədə istehsalı həyata keçirilə bilər. (Sfera.az)
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










