Çin avtomobillərinin qiymətini süni artıranlarla bağlı agentlikdən AÇIQLAMA

Süni qiymət artımı günümüzün acı reallığıdır. Hər gün hansısa məhsulun, malın qiymətində artım müşahidə edirik. Təbii ki, qiymət artımlarının çox zaman heç bir iqtisadi əsaslandırması olmur. Ən pisi də odur ki, qiymət artımı daha çox psixoloji amillə bağlı olur. Məsələn, elektrik və hibrid avtomobillərin idxalına tətbiq edilən vergi güzəştləri 2026-cı ilin 1 yanvarından ləğv olunacaq. Lakin bu qərar hələ müzakirəyə belə başlamamış avtomobil bazarında ajiotaj yarandı.
Xüsusən də Çindən gətirilən avtomobillərin qiymətində 10-15 faiz bahalaşma oldu. Ekspertlərin fikrincə, ilin sonuna qədər bu qiymət artımı 25-30 faizə qədər artacaq.
Bəs süni qiymət artımına qarşı qanunvericilikdə hansı mübarizə tədbirləri nəzərdə tutulur? Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 2025-ci il süni qiymət artımı ilə bağlı nə qədər müraciət daxil olub?
Bu suallara cavab tapmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sorğu göndərdik.
Qurumdan Bizim.Media-nın sorğusuna belə cavab verilib:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı" təsdiq edilib. Həmin siyahıya daxil olan malların (işlərin, xidmətlərin) qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər malların (işlərin, xidmətlərin) qiymətləri bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən edilir.
Bundan əlavə, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə öz məhsulları üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir.
Ekoloji təmiz nəqliyyat vasitələrinin (elektrik və hibrid avtomobilləri) idxalı zamanı müəyyən tənzimləmələr tətbiq ediləcəyi təqdirdə, müvafiq sektorda bazar (tələb-təklif) prinsiplərinə uyğun qiymət dəyişikliyinin baş verməsi istisna olunmur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində süni qiymət artımı ilə bağlı Agentliyə ümumilikdə 14 müraciət daxil olub.
Əlavə olaraq bildiririk ki, qiymət dəyişikliyinin rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim edildiyi təqdirdə məsələyə mahiyyəti üzrə baxılır. Agentliyə rəsmi internet səhifəsi və elektron poçt ([email protected]) vasitəsilə müraciət etmək mümkündür”.
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür










