Çin qlobal elektromobil bazarında artımı zəiflətdi: Satışlar 48 faiz artdı

2025-ci ilin avqustunda qlobal miqyasda Çin elektromobillərinin və plaqin-hibridlərinin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 15% artaraq təxminən 1,7 milyon avtomobil olub. Avtosfer.az xəbər verir ki, bu barədə "Ukrautoprom” məlumat yayıb. Eyni zamanda bu göstərici yanvar ayından bəri ən aşağı artım tempi sayılır. Dünya elektromobil satışlarının yarıdan çoxunun payına düşdüyü Çində artım cəmi 6%-ə enib (ilin birinci yarısında orta aylıq göstərici 36% idi). Bununla yanaşı, Avropada satışlar 48% artaraq 283 453 avtomobilə, Şimali Amerikada isə 13% artaraq 201 255 avtomobilə çatıb. Xatırladaq ki, iyul ayında Avropada yeni avtomobil satışları 5,9% artıb. "Tesla”nın satışları 40,2% azalaraq onun bazar payını ötən ilki 1,4%-dən 0,8%-ə endirib. Çin istehsalçısı BYD isə satışlarını 225,3% artıraraq Avropa bazarında 1,2% pay əldə edib.
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?
Ən çox əməkdaşı olan avtomobil şirkətləri












