Çinin aparıcı elektromobil istehsalçıları satışları artırıb

Çinin aparıcı elektromobil istehsalçıları 2025-ci ilin fevral ayında elektrik avtomobillərinin satışını artırmağa müvəffəq olublar.
Avtosfer.az xəbər verir ki, “Nio” şirkəti fevralda 13 min 192 elektrik avtomobili satıb və bu, ötən ilin analoji dövrü ilə müqayisədə 62 faiz çoxdur. “XPeng” şirkəti elektromobil satışını 6,7 dəfə artıraraq 30 min 453 ədədə çatdırıb. “Li Auto” isə 30 faizlik artıma nail olaraq bazara 26 min 263 avtomobil tədarük edib.
Çinin hər üç şirkəti ümumilikdə elektrik avtomobili satışlarını 2,1 dəfə artıraraq 70 min ədədə çatdırıb.
BYD fevral ayında bazara 318 mindən çox elektromobil çıxarıb ki, bu da ötən illə müqayisədə 2,6 dəfə çoxdur. “Geely” isə satışı 84 faiz - təxminən 205 min ədədədək artırıb.
2024-cü ilin martında ilk elektrik avtomobili SU7-ni təqdim edən smartfon istehsalçısı “Xiaomi” isə bazara 20 mindən çox elektromobil çıxarıb.
Ötən ay Çin bazarında yeni elektromobillərin payı təxminən 53 faiz təşkil edib, martda isə bu göstəricinin 65 faizə çatacağı proqnozlaşdırılır.
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır










