Çinin avtomobil sənayesi qlobal iqtisadiyyata təzyiq edir

2025-ci ildə Çində 23 779 000 ədəd avtomobil satılıb. Halbuki, ölkədəki zavodlardan yola salınan avtomobillərin ümumi sayı 29 520 000 ədəd olub. Bəs 6 milyona yaxın fərq hara getdi?
Avtosfer.az xəbər verir ki, avropalı ekspertlər Çin avtomobil bazarını diqqətlə izləməyi tövsiyə edirlər. Onların fikrincə artıq qalan 6 milyona yaxın avtomobil xaricdə satılmalıdır. Çinin iqtisadi modeli kütləviliyə və daim artan istehsala əsaslanır. İstehsal həcmini azaltmaq olmaz. Daxili bazar demək olar dolub. Adambaşına 1 avtomobil alınması isə mümkün deyil. Hər çinli 1 avtomobil alası olsa, bu qədər maşını Çinə sığışdırmaq olmaz. Çıxış yolu ixracdır.
Ekspertlər bildirirlər ki, ixracameyllilik səbəbindən çinli istehsalçılar digər istehsalçılara qiymət və əlçatanlıq baxımından təzyiq göstərir və yeni bazarlar axtarırlar. Ukrayna müharibəsindən sonra çinli istehsalçılar kütləvi şəkildə Rusiya bazarına yönəldilər. Artıq bu ölkə də Çin maşınları ilə dolub və Çində artan istehsalı qarşılamaq gücündə deyil. Buna görə də, istehsalçılar Avropa və Amerika bazarına girməyin yollarını axtarırlar. Lakin şimal qonşumuzdan fərqli olaraq bu ölkələrdə ciddi rəqabət mövcuddur və standarta uyğun olmayan ucuz maşınlarla bazarı doldurmaq mümkün deyil.
Bu gün Azərbaycan yollarında yağışdan sonra göbələk kimi artan Çin modellərinin böyük əksəriyyətini Texas, Berlin və ya Romada görmək mümkün deyil. Sözügedən yerlərdə satılan modellər təkcə təchizatına deyil, təhlükəsizlik normalarına uyğunluğu ilə də bizdəkilərdən ciddi şəkildə fərqlənir.
Vüqar Yaşaroğlu
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












