Banner

ABŞ-də hava limanında iki təyyarə toqquşub: Xəsarət alanlar var - VİDEO

Xəbərlər 15 Noyabr 2026 10:13
ABŞ-də hava limanında iki təyyarə toqquşub: Xəsarət alanlar var  - VİDEO
WhatsApp kanalımıza abunə olun

ABŞ-nin Mayami şəhərindəki beynəlxalq hava limanında hərəkətdə olan yük və sərnişin təyyarələri toqquşub.

Avtosfer.az xəbər verir ki, bu barədə CBS telekanalı yanğın-xilasetmə xidmətinə və hava limanının kommunikasiya üzrə direktoru Qreq Çinə istinadən məlumat yayıb.

Hadisə UPS aviaşirkətinə məxsus "Boeing 767" və "Copa Airlines" şirkətinin "Boeing 737" təyyarələrinin iştirakı ilə baş verib. Toqquşma nəticəsində iki nəfər yüngül xəsarət alıb.

Qreq Çinin sözlərinə görə, hadisə yerli vaxtla saat 21:15-də (Bakı vaxtı ilə 06:15-də) iki uçuş-enmə zolağı arasındakı hərəkət sahəsində qeydə alınıb. Həmin ərazidə eniş edən təyyarə ilə uçuşa hazırlaşan digər təyyarə bir-birinə toxunub.

Xəsarət alanlara hadisə yerində tibbi yardım göstərilib. Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

 

Oxunub : 46
ŞƏRH YAZ
Ad

E-mail

Şərh