"SpaceX" ilk dəfə kosmik gəmini havada tutub - VİDEO

"SpaceX" şirkəti "Starship" kosmik gəmisinin yuxarı pilləsini Texas ştatındakı start meydançasına uğurla qaytarıb. Şirkət tarixində ilk dəfə orbitdən qayıdan yuxarı pillə start qülləsinin mexaniki qolları vasitəsilə tutulub.
Oxu.Az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, kosmik gəmi 22 saat davam edən missiyanı başa vuraraq Yer ətrafında 14 dövrə vurub.
"Starship"in 15-ci sınaq missiyası əvvəlcə hər iki pillənin tutulması cəhdi kimi planlaşdırılmışdı. "SpaceX" həm "Super Heavy" gücləndirici raketini, həm də "Starship"in yuxarı pilləsini start meydançasına qaytarmağı hədəfləyirdi.
Lakin buraxılışdan bir neçə dəqiqə sonra gücləndirici raket müəyyən edilmiş trayektoriyadan kənara çıxaraq Meksika körfəzi üzərində partlayıb.
"SpaceX"in nümayəndəsi Den Huot bildirib ki, idarəetmə, naviqasiya və nəzarət sistemi gücləndirici raketin tutulma üçün lazımi mövqedə olmadığını müəyyən edib və avtomatik olaraq missiyanın dayandırılması prosedurunu işə salıb. Şirkətin rəhbəri İlon Mask isə gücləndirici raketdə yanacağın bir qədər çatışmadığını açıqlayıb.
Gücləndirici raketin uğursuzluğuna baxmayaraq, missiya "SpaceX" üçün mühüm nailiyyət hesab olunur. "Starship"in yuxarı pilləsi ikinci dəfə Yer orbitinə çıxaraq 26 ədəd "Starlink V3" peykini orbitə yerləşdirib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












