Hava limanında çantadan çıxanlar hamını şoka saldı - FOTO

ABŞ-da hava limanında aparılan adi baqaj yoxlanışı zamanı təhlükəsizlik əməkdaşları gözlənilməz hadisə ilə üzləşiblər. Çamadanda əvvəlcə ip yumağına bənzəyən əşyanın qəfil hərəkət etməsi əməkdaşları təşvişə salıb.
Avtosfer.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Kaliforniya ştatındakı Ontario Beynəlxalq Hava Limanında baş verib.
ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyasınınəməkdaşı Benjamin Andrade-Karillo sərnişinlərdən birinin baqajını yoxlayarkən yastıq üzünün içərisində iki canlı ilan aşkar edib. Onlardan birinin zınqırovlu ilan olduğu müəyyənləşdirilib.
Təhlükəsizlik əməkdaşı bildirib ki, əvvəlcə əlinə götürdüyü əşyanı adi ip yumağı hesab edib. Lakin onun hərəkət etdiyini görəndə vəziyyətin ciddiliyini anlayıb.
"Əlimdəkinin canlı olduğunu başa düşəndə düşündüm ki, bu barədə dərhal rəhbərliyə məlumat verməliyəm", - deyə o bildirib.
İlanların hansı növə aid olduğu əvvəlcə məlum olmadığından hava limanı polisi və sərnişinin uçacağı aviaşirkət məlumatlandırılıb. Təhlükəsizlik məqsədilə hadisənin baş verdiyi ərazidə baqaj yoxlanışı müvəqqəti dayandırılıb.
Polis əməkdaşları baqajı aviaşirkətin qeydiyyat bölməsinə aparıblar. Burada sərnişin ilanları çantasından çıxararaq onunla səyahət etməyən ailə üzvünə təhvil verib. Sərnişin bildirib ki, ilanlar onun ev heyvanlarıdır və əvvəllər başqa bir aviaşirkətlə onları özü ilə aparıb. İlanlar çıxarıldıqdan sonra çamadan yenidən təhlükəsizlik yoxlanışından keçirilib və sərnişinin uçuşuna icazə verilib.
Hadisə nəticəsində heç kim xəsarət almayıb və ilan sancması qeydə alınmayıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO













