Banner

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Gündəm 15 Noyabr 2026 12:13
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
WhatsApp kanalımıza abunə olun

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.

Avtosfer.az President.az-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

"Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan ilə Fələstin arasında dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərə böyük əhəmiyyət veririk.

Azərbaycan Fələstin məsələsinə münasibətdə hər zaman həmrəylik nümayiş etdirərək bu problemin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.

Biz bundan sonra da qardaş Fələstin xalqına humanitar dəstək göstərməyə davam edəcəyik.

Fürsətdən istifadə edərək Sizi ad gününüz münasibətilə də təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Fələstin xalqının əmin-amanlığı və rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".

Oxunub : 50
ŞƏRH YAZ
Ad

E-mail

Şərh