Dövlət nömrə nişanlarında "W" işarəsinə icazə var? - Ekspertdən AÇIQLAMA

Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Bəs ölkəmizdə dövlət nəqliyyat nişanlarında "W" işarəsindən istifadə etməyə icazə var?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sonxeber.az-a açıqlama verib. Onun sözlərinə görə, sovet nömrələr yenilənəndə ilkin mərhələdə "W" işarəsinə icaze verilirdi, amma sonradan bu qayda dayandırılıb: "Hazırda belə seriyalı nömrədən kim əvvəldən alıbsa, istifadəyə icazəsi var".
Bəs bu nömrələrin satışına icazə var?

Bu sualın cavabında ekspert bildirib ki, həmin nömrələrdən istifadəyə icazə olduğu kimi, satışına da icazə var.
Bu nömrələr bəzən nömrə sahibinin xəbəri olmadan belə, onlayn satışa çıxarıla bilər. Ekspert vətəndaşları belə məsələlərdə diqqətli olmağa çalışıb.
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA












