Dünyada ən güclü yolsuzluq avtomobili - FOTO

Məşhur Brabus şirkəti Frankfurt-2017 avtosalonunda avtomobili təqdim etmişdi. Bu dəfə atelye dünyada ən güclü 12-silindrli yolsuzluq avtomobilini təqdim edib - "Brabus 900 One of Ten".
Avtosfer.az xəbər verir ki, bu cür hiddətli adın altında ciddi surətdə təkmilləşdirilmiş yolsuzluq avtomobili "Mercedes-AMG G65"-in dayandığına əmin olmaq olar. Bir daha qeyd edək ki, şirkət yeniliyi ən güclü 12-silindrli yolsuzluq avtomobili adlandırıb.
Onsuz da qorxunc olan model "Mercedes-Benz G-Class" artıq daha hiddətlidir! Bu cür avtomobildən cəmi 10 ədəd istehsal ediləcək. Bunu elə adından da görmək olar - "Brabus 900 One of Ten". Avtomobilin qiyməti də vahiməlidir – 666 min avro. Bu, təqribən 800 min dollardır.
On ədəd yolsuzluq avtomobili "Mercedes-AMG G65 by Brabus"-un (Brabus 900 One Of Ten) hamısı təkmilləşdirilmiş V12 biturbo mühərriki ilə təchiz ediləcək. Mühərriklərin iş həcmi də 6,0-litrdən 6,3-litrə qədər artırılıb. O, 900,06 a.g. və 1500 Nm-ə malikdir.
Nəşr edilmiş məlumatlara əsasən, 900-güclü yolsuzluq avtomobili "Mercedes-AMG G65 by Brabus" (Brabus 900 One Of Ten) yerindən 100 km/saata 3,9 saniyəyə sürətlənə bilir. Yəni, təkmilləşdirilmiş yolsuzluq avtomobili idman kupesi "Mercedes-AMG GT"-dən daha cəlddir. Bu avtomobilin maksimal sürəti 270 km/saatdır.
Nazim Nadiroğlu










Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












