Elektriklə çalışan avtomobillər şüalanma yaradır? - AÇIQLAMA

"Nə Azərbaycanda, nə də dünyanın digər ölkələrində elektrikli avtomobillərin şüalanma yaratması iddiası ilə qarşılaşmışam. Hazırda dünyada ekoloji cəhətdən təmiz avtomobil növlərinin təşfiqi gedir. Bu, bir trenddir. Daha çox elektriklə işləyən ictimai nəqliyyat növlərinə üstünlük verilir. Tramvay, trolleybus, elektrobus... Şəxsi nəqliyyat vasitələri arasında da elektromobillərin get-gedə çoxalması bu trendin bir hissəsidir".
Bu sözləri açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Ekspert bildirib ki, Azərbaycan da qismən bu trendə qoşulub: "3 illik müddətə elektrikli avtomobillər ƏDV-dən azad olunub. Bu da ölkəmizdə elektromobillərin çoxalmasına gətirib çıxarır. Düşünürəm ki, müsbət tərəfdən baxılası məqamları çoxdur. Hələ ki mənfi tərəflərini eşitməmişəm. Narahatlıq doğuran məqamlar, əlbəttə, var. Doldurma məntəqələrinin sayı elektrik avtomobillər üçün azdır. Amma bu məsələnin də üzərində işləyirlər. Bütün ölkəni əhatə edən şəbəkənin məhdud olması barədə sürücülər narahatlıqlarını bildirirdilər".
pravda.az
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












