Elektromoillərin batareyalarının TƏKRAR EMALI MÜMKÜNDÜR? - İşçi qrupu yaradılıb - VİDEO

Azərbaycanda hibrid avtomobillərə tələbat kəskin artıb.
Avtosfer.az xəbər verir ki, gündəlik istifadədə olan bu avtomobillərin əsas dəyişən ehtiyat hissələrindən biri də batareyalarıdır. Mütəxəsislər deyirlər ki, bu avtomobillərin batareyaları sıradan çıxdıqda onu hara gəldi atmaq olmaz. Bu, ekologiyaya ciddi şəkildə ziyan vurur.
Elektrikli avtomobil batareyalarının utilizasiyası həm ekoloji cəhətdən vacibdir, həm də qiymətli materialların təkrar istifadəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda təkrar emaldan sonra batareyalardan elektrik enerjisinin əldə edilməsi də mümkündür.
Elektromobil ustası İlqar İskəndərov deyir ki, inkişaf etmiş bir çox ölkələrdə belə batareyalar, xüsusi toplama mərkəzlərinə və ya təkrar emal stansiyalarına göndərilir. Təkrar emal prosesindən keçirilmiş materiallar təmizlənir və yenidən istifadə üçün uyğun hala gətirilir. Bu maddələr yeni batareyaların istehsalında və ya digər sənaye sahələrində istifadə oluna bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, elektromobillərin batareyalarının utilizasiyası ilə bağlı işçi qrupu yaradılıb.
Daha ətraflı videomaterialda.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












