Ən güclü 10 ucuz avtomobil - SİYAHI

Ən ucuz güclü işlənmiş avtomobillərin reytinqi açıqlanıb. 2005-ci il buraxılışlı Dodge Neon SRT4 ən ucuz güclü işlənmiş avtomobillər reytinqinə başçılıq edib.
Avtosfer.az xəbər verir ki, bu barədə avtomobil satış məlumatlarını təhlil edən "HotCars" portalı məlumat yayıb.
Dodge Neon SRT4 modelində 230 at gücü hasil edən 2,4 litrlik turbomühərrik quraşdırılıb. Siyahıda ikinci yeri 2010-cu il buraxılışlı Chevrolet Cobalt SS Turbo tutub. Avtomobil 260 at gücünə malik 2,0 litrlik mühərriklə təchiz edilib.
Üçüncü pillədə 2006-cı il model Pontiac GTO qərarlaşıb. Bu avtomobilin güc qurğusu 400 at gücü verən 6,0 litrlik mühərrikdir.
Reytinqdə növbəti yerləri isə aşağıdakı avtomobillər tutur:
• Ford Mustang GT (2013)
• Subaru WRX STi (2006)
• Ford Focus RS (2017)
• Dodge Challenger SRT8 (2011)
• Dodge Charger SRT8 (2014)
• Chevrolet Corvette (2009)
• Chevrolet Camaro 2SS (2013)
Bundan əvvəl isə Toyota markasının ən etibarsız avtomobilləri açıqlanmışdı. İdman kupe GR Supra son 20 ildə yapon brendinin ən problemli modeli seçilib. Avtomobildə ən çox problemlər əyləcin köməkçi sistemi və təhlükəsizlik kəmərinin gərginləşdiricisi ilə bağlı qeydə alınıb./unikal
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












