Ən sərfəli avtomobil zəmanəti kimdədir?

Yeni avtomobilin alışının iki üstünlüyü var. 1) avtomobilin heç bir problem yoxdur və onun tarixçəsi yalnız sizə aiddir. 2) avtomobilinizə verilən zəmanət böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, rəsmi distribüter və dilerlər özlərinin zəmanət şərtlərini işləyib hazırlayırlar.
Zəmanət şərti isə müəyyən illəri və yürüşü əhatə edə bilər. Məsələn, 3 il və ya 150.000 km zəmanət. Bunlardan hansı tez bitərsə, həmin zaman da zəmanət qurtarmış hesab olunur. Hal-hazırda isə bazarda olan tendensiya odur ki, zəmanət müəyyən detallara ümumiyyətlə aid deyil və müştərilər bunu yalnız problemlə qarşılaşdıqda bilirlər. Zəmanət müddətində avtomobilin bəzi hissələri pulsuz təmir olunur və ya yenisi ilə əvəz edilir.
Bizim isə əsas sualımız odur ki, Azərbaycanın ən sərfəli avtomobil zəmanəti kimin tərəfindən verilir? Bunun üçün oxu.az komandası araşdırma edib sizin üçün 2022ci ilə aid minik avtomobilləri üçün apardığımız araşdırmanı təqdim edirik.
Zəmanət şərtləri haqqında daha ətraflı məlumat almaq üçün distribüter və dilerlər ilə əlaqə saxlamağınız məsləhətdir. Məlumatlar minik avtomobillərinə aiddir.
|
Distribüter və diler |
Marka |
Zəmanət müddəti |
Yürüş məhdudiyyəti |
Əlavə |
|
“Avtomobil Evi” MMC
|
Changan |
6 il |
250.000 km |
6 il və ya 250 000km Uni-T modeli, Və ya 5 il 150 000 km zəmanət digər modellərə |
|
“Azərmaş Group” |
Faw |
6 il |
150.000 km |
6 il və ya 150 000km Bestune T99 modeli, və ya 5 il 150 000 km zəmanət digər modellərə |
|
Azerrbaijan automobiles |
Jetour |
6 il |
100.000 km |
|
|
“Toyota Bakı Mərkəzi” |
Toyota |
5 il |
160.000 km |
|
|
“Nurgun Motors”
|
Nissan |
5 il |
155.000 km |
|
|
“Skaz Autohouse |
SKODA |
5 il |
150.000 km zəmanət təqdim edir |
|
|
“KIA Motors” Azərbaycan
|
KIA |
5 il |
150.000 km |
|
|
Asia motors |
MG |
5 il |
150.000 km |
|
|
"Azərbaycan Automobiles" |
Haval |
5 il |
100.000 km |
|
|
“Hyundai Avto Azərbaycan”
|
Hyundai |
5 il |
100 000 |
5 il və ya 100 000km və ya 4 il və ya limitsiz |
|
“Diamond” Motors" MMC |
Mitsubishi |
5 il |
100.000 km |
|
|
“İmprotex Motors” |
BMW |
4 il |
200.000 km |
|
|
“Rich Motors” şirkəti
|
Geely |
4 il |
100.000 km |
. |
|
“Diamond” Motors" MMC
|
Mazda |
3 il |
100.000 km
|
|
|
“Diamond” Motors" MMC |
Honda |
3 il |
100.000 km
|
|
|
“Azərmaş CP"
|
Chevrolet |
3 il |
100.000 km |
|
|
“Subaru Azərbaycan” şirkəti |
Subaru
|
3 il |
100.000 km |
|
|
"Azərbaycan Automobiles"
|
Volskwagen |
3 il |
100.000 km |
|
|
“Autolux Azerbaijan”
|
Fiat |
3 il |
60.000 km
|
|
|
“AutoStar Kaukasus” |
Mercedes-Benz |
2 il
|
məhdudiyyət yoxdur
|
|
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!












