Gələni vurur, gedəni vurur: Sığortadan “Prius” sürücülərinə zərbə - ARAŞDIRMA

Sürücülər sığorta şirkətlərindən narazıdırlar. Onlar bildirirlər ki, sözügedən şirkətlər kiçik mühərrikli maşınları onlayn sığorta etmirlər. Bunu etməməkdə səbəb həmin maşınların risk qrupuna aid olmalarıdır. Hətta iddia edilib ki, “Toyota Prius” markalı avtomobili sırf modelinə görə onlayn sığorta etmirlər.
Sığorta eksperti Əli Bayramov oxu.az-a bildirib ki, qanunvericilik heç bir sığorta şirkətinə bu hüquqi verməyib: “Avtomobillərin icbari sığortası lisenziyası varsa, heç bir şirkət bunu etməkdən imtina edə bilməz. Nəqliyyat vasitəsinin sığortalanmaması kameralar vasitəsilə qeyd edilir və dərhal elektron şəkildə şəxs barəsində inzibati xəta protokolu tərtib olunur.
Bu, böyük bir problemdir. Sığorta şirkətləri öz öhdəliklərini icra etməlidir və icbari sığorta yazmaqdan imtina etməməlidirlər”.
O qeyd edib ki, dövlət tərəfindən məsələ nəzarətə götürülməlidir: “Təəssüf ki, gün keçdikcə bu problem dərinləşir. Sığorta haqları yenidən hesablanmalıdır ki, problem həllini tapsın”.
İcbari Sığorta Bürosundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı müraciət alan şirkətlər icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməzlər:
“Bu hal mövcud sığorta qanunvericiliyində öz əksini tapıb. İcbari sığorta qanunları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulan şəxs müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçını sərbəst seçmək hüququndan istifadə etməklə müvafiq icbari sığorta müqaviləsini bağlamağa borcludur. İcbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz”.
Qeyd edilib ki, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz:
“Eyni zamanda, icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz. Əgər vətəndaş sığorta ilə bağlı şirkətə müraciət edirsə, onun bu istəyi sığorta şirkəti tərəfindən təmin olunmalıdır. Əks halla qarşılaşan vətəndaşlar (sürücülər) sığorta sektorunda dövlət tənzimlənməsini və nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmək hüququna malikdirlər”.
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım










