General-mayor rütbəsi verilən hərbçilər KİMLƏRDİR? - FOTO

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üç hərbi qulluqçusuna “general-mayor” ali hərbi rütbəsi verilib.
Sərəncamda qeyd edilən hərbçilər polkovnik Fərid Əlibaba oğlu Əliyev, polkovnik Namiq Süleyman oğlu Bayramov, polkovnik Müşfiq Xıdır oğlu Məmmədovdur.
Fərid Əlibaba oğlu Əliyev 2018-ci ildə Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
O, bu ilin yanvar ayında vəzifəsindən istefa verib. Hazırda onun 36 yaşı var.
Məlumata əsasən, Fərid Əliyev Sabunçu Rayonu İcra hakimiyyətinin keçmiş başçısı Əlibaba Əliyevin oğludur. Ə.Əliyev isə hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışır.
Prezidentin “general-mayor” ali hərbi rütbəsinə layiq gördüyü üç nəfərdən biri - Müşfiq Məmmədov isə Azərbaycanın Ankaradakı səfirliyinin hərbi attaşesidir.
O, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Bolqarıstan Respublikasında akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edir. O, 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Digər zabit - Namiq Bayramov isə 2014-cü ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda Hava Hücumundan Müdafiə İdarəsində qərargah rəisi vəzifəsinə təyin olunub. Polkovnik 2015-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.(oxu.az)
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










