Havanın isinməsi avtomobillərdə kondisionerlərə qulluğu aktuallaşdırıb – ARAŞDIRMA VİDEO

Havanın günü-gündən isinməsi avtomobillərin kondisionerlərinə qulluq məsələsini aktuallaşdırır.
Soyuq havadan uzun müddət istifadə etməyən bəzi sürücülər kondisioneri işə salarkən problemərlə üzləşirlər. Bəzən ya kondisioner soyuq hava vurmur və ya avtomobilin salonunda xoşagəlməz qoxu yaranır. Uzun müddət kondisionerə texniki baxışın edilməməsi sonradan sürücüləri maddi ziyana sala bilir.
Mütəxəssislər deyir ki, ildə minimum 1 dəfə kondisioner sistemi ustalara yoxladılmalı və qulluq edilməlidir. Xüsusilə köhnə nəsil avtomobillərdə kondisionerə freon qazının vurulması, kompressorun yağı və salon filterinin dəyişdirilməsi 50-70 manata başa gəlir. Usta Cavidan Muradxanlı deyir ki, kondisionerə baxış kustar üsulla deyil, xüsusi cihazlarla edilməlidir. Ustanın sözlərinə görə, nisbətən ili köhnə nəsil olan avtomobillər üçün nəzərdə tutulan 100 qram freon qazının qiyməti 5-7 manat arasında dəyişir.
Lakin yeni nəsil avtomobillər üçün nəzərdə tutulan freonların qiymətləri isə olduqca bahadır. Usta Cavidan Muradxanlı deyir ki, bəzi avtomobillərin kondisioner qazı 600 manata başa gəlir.
Ustanın sözlərinə görə, kondisioner qazının az olması, kompressorun yağının uzun müddət dəyişdirilməməsi tövsiyə edilmir. Bu sizin avtomobilinizin kondisioner kompressorunu sıradan çıxara bilər. Bununla da əlavə maddi ziyada düşə bilərsiniz.
Daha ətraflı videomaterialda.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










