Hibrid və elektrikli Çin maşını alanları 3-5 ildən sonra nələr gözləyir? - ARAŞDIRMA

Deməli avtomobil bazarında ciddi bur durğunluq var. Daha doğrusu, qeyi-müəyyənlik. Hamı Çin avtomobillərinin bazardakı psixoloji təsiri altındadır. Azərbaycanın avtomobil bazarının 35 faizindən çoxunu kreditlə taksidə istifadə edilən avtomobillər təşkil edir. Taksilərlə bağlı yeni qaydalar tətbiq ediləndən sonra Azərbaycanda istehsal edilən (daha doğrusu yığılan) Chevrolet "Cobalt" avtomobilləri bir müddət mavi qazla işləyən mühərriklərlə təmin edilərək istifadə olundu.
Hətta Rusiya istehsalı olan Lada Granta üçün da qaz balonu quraşdırıldı və taksi kimi istismara verildi.
Yeni bir prosses başladı və Çin istehsalı olan sıfır kilometr Hibrit avromobillər bazara daxil olmağa başladı.
İndi ölkənin avtomobil bazarında bir həyəcan var. Hamı Çin avtomobili alacaq. Benzin və dizel mühərrikli avtomobillər dövrü bitəcək deyə. Lakin çoxlarının bilmədiyi bir gerçək var. Çin istehsalı olan hibrit və ya tam elektrikli avtomobillərin istismarı əsasən onların "batareyası"ndan asılıdır. BYD, Changan kimi nəhəng istehsalçıların avtomobillərinin əsasını onların "batareyası" təşkil edir.
Bu "batareyaların" da istismar müddəti iqlimə və regiona görə dəyişir. Azərbaycanda bu avtomobillərin "batareya"larının istismar müddəti 3 ildir. Baxmayaraq ki, rəsmi dillerlər satışa üçün 5 il zəmanət verirlər.
Tutaq ki, 5 il Çin istehsalı olan nəqliyyat vasitəsini istismar etdiniz. 5 ildən sonra həmin avtomobilin "batareyası"nı dəyişmək lazımdır. Çin istehaslı olan sedan avtomobilləri üçün "batareya" dəyişimi ən azı 8500 ABŞ dolları edir.
Gəlin birlikdə düşünək. 23 min manata 2025-ci ildə aldığınız Çinin hibrit avtomobilini 5 il istismar edəndən sonra "batareyası"nı dəyişmək, yoxsa yeni avtomobil almaq daha sərfəli olacaq?
Nəzərə allın ki, həmin avtomobillərin istismar müddətini başa vurmuş "batareya"ları utilizasiya da olunmur. Torpağa basdırmaq olmur, yandırmaq olmaz və sair.
Avropada artıq qadağa var. Çin avtomobili idxalı demək olar ki, sıfıra bərbabərdir.
Azərbaycanda isə heç kim sabahı düşünmür. Bazarda xaosu da bilərəkdən yaradırlar.
Benzin mühərrikli avtomobillər hələ uzun müddət iistifadə ediləcək.
Rahat olun və avtomobilinizi dəyər-dəyməzinə satmağa tələsməyin.
Razi Abasbəyli
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı












