Honkonq pilotsuz taksi erasına hazırlaşır - FOTO

Yenilikləri və qabaqcıl texnologiyaların sürətli tətbiqi ilə tanınan Honkonq tezliklə sərnişindaşımalar üçün pilotsuz avtomobillər - robotaksilərin istifadə ediləcəyi dünyanın ilk şəhərlərindən biri ola bilər. Çinin "Pony AI" və "Baidu" şirkətləri artıq bu meqapolisdə robotaksi xidmətlərinin başladılması ilə bağlı planlarını açıqlayıblar.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, bu barədə "South China Morning Post" xəbər yayıb.
Bildirilir ki, Quançjouda yerləşən "Pony AI" əvvəlcə Honkonq Beynəlxalq Hava Limanının əməkdaşlarına pilotsuz taksi xidmətləri göstərməyi, daha sonra isə xidməti şəhərin mərkəzi rayonlarınadək genişləndirməyi planlaşdırır. Başlanma tarixi dəqiq göstərilməsə də, şirkət bunun yaxın gələcəkdə baş verəcəyinə ümidini ifadə edib.
Həmçinin, Çində pilotsuz avtomobillərin hazırlanması ilə məşğul olan "Baidu" da Honkonq bazarını hədəfləyib. 2024-cü ilin noyabrında Honkonq Nəqliyyat Departamenti "Baidu"ya Lantau adasında 10 avtonom nəqliyyat vasitəsinin sınaqdan keçirilməsi üçün 2029-cu ilin dekabrına qədər lisenziya verib.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?













