“İçərişəhər” stansiyasında yeraltı avtodayanacaqla bağlı YENİ XƏBƏR: icazələrin alınması prosesi...

Bir müddət öncə Bakı metrosunun "İçərişəhər" stansiyasında yeraltı avtomobil dayanacağının tikiləcəyi açıqlanmışdı.
Avtosfer.az xəbər verir ki, yayılan məlumatda artıq dayanacağın layihələndirilməsinə başlanıldığı bildirilirdi.
Layihələndirmə Türkiyənin "Yüksel proje" şirkəti tərəfindən icra ediləcək. Belə ki, iyulda şirkətlə "Bakı Metropoliteni" arasında 35,4 milyon manat dəyərində müqavilə imzalanıb.
Müqavilə çərçivəsində Yaşıl xətt üzrə Y14-Y17 və Bənövşəyi xətt üzrə B5-B8 stansiyaları və bu stansiyalar arasında tunellərin, "28 May" stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının, "İçərişəhər" stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur.
Layihənin mövcud gedişatı ilə bağlı "Bakı Metropoliteni"ndən cavab olaraq bildirilib ki, "İçərişəhər" stansiyasındakı keçid kamerası və ona daxil olan infrastrukturun inşası üzrə layihə-smeta sənədləri hazırlanıb.
"Sənədlər aidiyyəti üzrə qurumlarla razılaşdırma mərhələsindədir. Hazırda inşaat işlərinin başlanmasına icazələrin alınması prosesi davam edir. Bununla bağlı ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək", - qurumun açıqlamasında qeyd olunub.(Bakıvaxtı.az)
"Chery" şirkətinin baş direktoru buna görə üzr istədi - FOTO
Avropada elektromobil satışında qeyri-bərabərlik
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR












