İlbəil qocalan avtomobil parkımız – RƏSMİ STATİSTİKA

Bu gün ölkəmizdə avtomobillərin köhnəlməsi barədə çox danışılır. Ekspertlər bu məsələ ilə bağlı dəfələrlə narahatlıqlarını dilə gətiriblər. Bəs rəsmi statistika nə deyir?
Dövlət Statistika Komitəsinin məlumatına görə 2014-cü ildə Azərbaycanda 1 100 124 minik avtomobili olub. Onlardan 186 652-nin yaşı 5 ilə qədər, 682 mininin isə yaşı 10 ildən yuxarı olub.
Sonrakı illərdə maşın sayı kəskin artsa da, təzə avtomobillərin sayında ciddi azalma baş verib. Statistika xidməti də 2022-ci ildə metodologiyanı dəyişib. Həmin dövrədək yaşı 10-dan çox olan maşınlar “10 il və yuxarı” kateqoriyasına daxil edilirdi. 2022-ci ildən etibarən bu kateqoriya 2 yerə bölünüb: “10 ildən 20 ilədək” və “20 il və yuxarı”.
Sonuncu, 2022-ci ilə aid statistika ölkəmizdə avtoparkın ciddi şəkildə köhnəldiyini göstərir. Ötən il ölkədəki 1 419 870 minik avtomobilinin cəmi 71 366 ədədinin yaşı 5-dən az olub. Başqa sözlə, avtoparkın cəmi iyirmidə biri təzədir.
Köhnə maşınlar sarıdan isə təəssüf ki, bolluq içindəyik. “10 ildən 20 ilədək” kateqoriyasına düşən maşınların sayı 545 265, “20 il və yuxarı” isə 634 447-dir. Obrazlı desək, qocalar at oynadır.
Vüqar
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










