İli köhnə maşınların taksidən uzaqlaşdırılması qiymətə təsir edəcəkmi? – ARAŞDIRMA VİDEO

Taksilərin qiymətində artım müşahidə olunur. Sürücülər deyir ki, 1999 və 2000-ci il istehsalı olan avtomobillər taksi fəaliyyətindən kənarlaşdırıldığına görə, avtomobillərin sayında azalma var. Bu da da öz növbəsində qiymətlərə təsirsiz ötüşmür.
Nəqliyyat üzrə ekspert Yasin Mustafayev qiymətlə bərabər keyfiyyətin də artmasının vacibliyini vurğulayıb. Məsələ ilə bağlı, AYNA ilə də əlaqə saxladıq.
Qurumdan bildirildi ki, yeni qaydalara əsasən, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır.
Qiymət artımı ilə bağlı "Bolt"dan bildirildi ki, sistemdə sifarişlər tələb təklif əsasında formalaşır. Sürücülərə bildirmək istərdik ki, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırsınlar. Əks təqdirdə həmin nəqliyyat vasitələrinin sahiblərinə BOLT tərəfindən sifariş göndərilməyəcək. "Uber"dən isə bildirildi ki, səfərin yekun qiyməti ərazidəki boş avtomobillərin və taksi sifariş etmək istəyən insanların nisbəti, səfərin məsafəsi və müddəti, yollarda tıxaclar kimi bir çox amillərdən asılıdır. Boş sürücülər nə qədər az olsa, səfərin qiyməti də bir o qədər yüksək ola bilər.
Daha ətraflı videomaterialda.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










