Kameralar dayanma-durmanı hansı saata qədər çəkir? - İZAH - VİDEO

Dayanma-durma qaydaları ilə bağlı bəzi sürücülərin yanlış anlayışları onların cərimələnməsinə səbəb olur. Xüsusilə, dayanma və durmanı qadağan edən nişanların günün bütün saatlarında qüvvədə olduğu bir çox sürücü tərəfindən düzgün anlaşılmır. Onların bəziləri hesab edirlər ki, gecə saatlarında dayanma-durma qadağası qüvvədən düşür və nəqliyyat vasitələrini bu nişanların təsir dairəsində saxladıqları halda cərimələnməyəcəklər.
Bu yanlış düşüncə əsasən "Azparking" sisteminin 22:00-dan 07:00-dək pulsuz olması ilə bağlıdır. Bəzi sürücülər bu saatlar arasında park etməyin tamamilə sərbəst olduğunu zənn edir və dayanma-durma qadağası qoyulmuş yerlərdə avtomobillərini saxlayırlar. Lakin dayanma-durmanı qadağan edən yol nişanları günün bütün saatlarında qüvvədədir və bu tələbin gecə saatlarında da pozulması inzibati məsuliyyət yaradır.
Bir neçə gün öncə cərimə olunan sürücü protokolun şəklini paylaşaraq, saat 23:00-dan sonra kameranın qeydə aldığı pozuntuya görə təəccübləndiyini bildirib. Unutmaq olmaz ki, dayanma və durmanı qadağan edən nişanlar xüsusi vaxt çərçivəsi ilə məhdudlaşmır, onların tələbi istənilən saatda qüvvədə qalır və qayda pozuntusu qeydə alındıqda sürücü barəsində protokol tərtib olunur.
Bu səbəbdən sürücülər yol hərəkəti qaydalarını daha dəqiq bilməli və "Azparking" sisteminin pulsuz olduğu saatlarla dayanma-durma nişanlarının tələblərini qarışdırmamalıdırlar.
Nərmin
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












