Kirovabadın avtomobilləri - FOTO

Başlıq sizə qəribə gəlməsin. Ölkəmizin ikinci böyük şəhəri təxminən yarım əsr Kirovabad adlanıb. Orta və yaşlı nəsil söhbətin hansı şəhərdən getdiyini bilir.
Avtosfer.az xəbər verir ki, Gəncənin adı 19-20-ci əsrlərdə bir neçə dəfə dəyişdirilib. 4 min illik zəngin tarixə malik Gəncə şəhəri 1804-cü ildən 1918- ci ilədək Yelizavetpol adlandırılıb. 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də, 22 fevral 1935-ci ildə şəhərin adı dəyişdirilərək Kirovabad olub. Nəhayət 54 il sonra, 30 dekabr 1989-cu ildə Gəncə şəhərinin adı özünə qaytarılıb.
Lakin bir faktı da unutmayaq. Bu addəyişmə yenidənqurma zamanı nisbətən asan idi. Yerli kommunistlərdən bir qrupu narazı olsa da, əhalinin təkidinə görə səs çıxara bilmədilər. İşin təməlini isə sovet ittifaqının ən güclü dövründə Heydər Əliyev çox sadə formada qoymuşdu. Şəhərin adını bütövlükdə dəyişməyin qalmaqal yaradacağını görən ulu öndərin fərmanı ilə 1980-ci ildə Gəncə şəhəri iki rayona bölünüb. Rayonlardan biri Kəpəz, digər isə Gəncə adlandırılıb. 70-ci illərdə Sovet AZərbaycanında çəkilmiş filmlərdə, mahnılarda Kirovabad sözündən daha çox Gəncə adına rast gəlinir.
1990-cı il yanvarın 2-də bu münasibətlə Gəncədə təntənəli iclas keçirilib və xalq şəhərin tarixi adının bərpa edilməsini böyük ruh yüksəkliyi ilə qarşılayıb.
Ölkəmizin ikinci sənaye şəhəri olan Kirovabad həm də avtomobil çoxluğu ilə seçilirdi. Təbii ki, söhbət sovet avtomobillərindən gedirdi. Xarici texnika bir qayda olaraq trolleybus və yük avtomobilləri idi.
Avtosfer.az 1930-1980-ci illərdə o dövrün Gəncəsinin avtomobillərinə dair nadir fotoları təqdim edir. Tramvay və trolleybuslarla bağlı ayrıca yazı olacaq.
Vüqar Yaşaroğlu
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO

























