Lizinqlə avtomobil alanda nələrə diqqət etməli?

Hazırda ölkədə lizinqlə avtomobil alanların sayı artıb. Avtomobil sahibi olmaq istəyənlər üçün müxtəlif lizinq təklifləri irəli sürülür. Vətəndaşlar yüksək ilkin ödəniş və birdəfəlik xərcləri qarşılamadan aylıq ödənişlərlə maşın almağa üstünlük verirlər. Avtosfer.az xəbər verir ki, iqtisadçı Kənan Quluzadə bildirib ki, lizinq faizlərinə Azərbaycan Mərkəzi Bankı nəzarət edir. Azərbaycanda maliyyə institutları – o cümlədən banklar və lizinq şirkətləri – kredit və lizinq əməliyyatlarını bu qurumun müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirirlər. “Azərbaycanda avtomobil lizinqi zamanı müşahidə olunan yüksək faizlər, xüsusilə manatla olan müqavilələrdə əsasən valyuta riski və inflyasiya təhlükəsi ilə bağlıdır. Əvvəlcə qeyd edək ki, lizinq şirkətləri üçün ən böyük risklərdən biri manatın dəyər itirməsi və ölkədə inflyasiya səviyyəsinin yüksəlməsi ehtimalıdır. Manatla uzunmüddətli lizinq müqaviləsi bağlayan şirkət, gələcəkdə həmin pulun real dəyərinin aşağı düşəcəyindən ehtiyat edir”.
Müsahibimiz deyib ki, bu riskləri kompensasiya etmək üçün isə faizləri süni şəkildə yüksək saxlayırlar.
"Digər tərəfdən, dollarla bağlanan müqavilələrdə isə risk lizinq alan tərəf üçün artır, çünki manatın dəyərsizləşməsi ödənişləri baha edir. Nəticə olaraq, inflyasiya gözləntiləri və valyuta sabitliyinin olmaması, həm şirkətlərin, həm də istehlakçıların lizinq müqavilələrində daha yüksək faizlə razılaşmasına səbəb olur. Bu isə avtomobil sahibi olmaq istəyən vətəndaş üçün ciddi maliyyə yükü deməkdir. Lizinq şirkətləri üçün maksimum faiz limiti müəyyən edilə bilər. Məsələn, İllik Effektiv Faiz Dərəcəsinin (İEFD) yuxarı həddi təyin edilə bilər ki, bu da istehlakçıların qorunmasını təmin edər. Maliyyə bazarlarına daha ciddi nəzarət tətbiq oluna bilər. Mərkəzi Bank və ya İqtisadiyyat Nazirliyi bu sahədə fəaliyyət göstərən şirkətlərin lisenziyasını təftiş edə bilər”. (Modern.az)
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür










