Lotus şirkəti Evora GT410 modelinin yeni versiyasını təqdim edib - FOTO

Lotus şirkəti Evora GT410 sportkarının yeni versiyasını nümayiş etdirib. Bu dəfə sportkarın adından Sport indeksi götürülübdür. Avtosfer.az xəbər verir ki, marka rəhbərliyi yeni modifikasiyanın gündəlik istifadə üçün nəzərdə tutulduğunu bildirib. Üstəlik bu avtomobil, idman versiyasından üç min funt daha ucuz olacaqdır.
Evora GT410 modeli Sport indeksli versiyaya nisbətən daha komfortlu olub. Avtomobil Sparco idman oturacaqları, klimat-kontrol, həmçinin parklanma və ya aşağı sürətlərdə manervlər zamanı təhlükəsizliyi artıran arxa kamera ilə təchiz edilib.
Bundan başqa, mühəndislər səs izolyasiyasını yaxşılaşdırıblar. Evora GT410 standart təchizatına quraşdırılmış naviqasiyası olan və Apple CarPlay tətbiqini dəstəkləyən premium multimedia sistemi daxil edilib. Bununla yanaşı, qapı panelləri yenidən işlənmiş, əlavə ciblər və quraşdırılmış dirsəkaltılar ilə təchiz edilmişdirlər. Arxa hissədə, görünüşü yaxşılaşdırmağa xidmət edən şüşəli bölmə peyda olub.
Texniki cəhətdən dəyişiklik yoxdur - sportkar 410 at qüvvəsi hasil edən 3,5-litrlik turbomühərrik ilə hərəkətə gəlir. Evora GT410 modeli Böyük Britaniyada 82,9 min funt sterlinqdən başlayan qiymətlər ilə təklif edilir.
İstinad edildi: autograph




Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












