Maşın alanda bu qaydaları bilsəniz sizi aldada BİLMƏZLƏR

İstifadə olunmuş avtomobili almaq həmişə müəyyən bir risklə əlaqələndirilir. Satıcının tərif etdiyi "əla" vəziyyətdə olmayacaq bir avtomobil almaq şansı həmişə var. Avtosfer.az bildirir ki, satın alarkən diqqət etməli olduğunuz ilk şey - avtomobilin zərbə alıb-almamasıdır. Əgər avtomobil qəza keçiribsə, bu onun xidmət müddətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər və gələcəkdə yenidən satışla bağlı problemləriniz ola bilər. Hətta əvvəlki sahibi avtomobilin heç vaxt qəza etmədiyinə və bərpa işlərinə məruz qalmadığına and içsə belə, özünüzün əmin olmanız daha yaxşıdır.
Birinci ondan başlayaq ki, müayinə etdiyiniz istifadə olunan avtomobil yaxşı yuyulmalı və təmiz olmalıdır. Kiçik bir toz qatı da müxtəlif qüsurları gizlədə bilər. Mümkünsə, müayinə ən yaxşı şəkildə gündüz saatlarında açıq havada aparılsın. Əgər siz avtomobili qapalı yerdə müayinə edirsinizsə, onda kifayət qədər miqdarda parlaq işıqla təmin etməlisiniz.
Parlaq Günəş işığı avtomobilin rəngləmə işlərində hətta cüzi fərqi də tez aşkar etməyə imkan verir. Dalğalar da görünəcək. Bu, gövdənin və ya ayrı-ayrı hissələrinin rəngləndiyini göstərə bilər. Şübhə edirsinizsə, eyni gövdə hissələrini fərqli tərəfdən müqayisə edə bilərsiniz. Gövdənin müəyyən bir hissəsi deformasiyaya və sonra bərpa işlərinə məruz qalmışsa, əks sahə ilə müqayisədə asimmetriya nəzərə çarpacaq.
Avtomobilin boya işləmə səthinə xüsusi diqqət yetirilməlidir. Boyalı yerlər parıltı və parlaqlıq baxımından fərqlənəcək.
Daha da əmin olmaq üçün avtomobilə aşağıdan da baxıla bilər. Rahatlıq üçün avtomobil qaldırıcı ilə qaldırılmalıdır. Bütün detallara diqqətlə baxın. Əgər rəng fərqini görsəniz, onda bəzi hissələri yəqin ki, bu yaxınlarda dəyişdirilib. Satıcı bu barədə heç bir şey deməyibsə ehtiyatlı olmalısənız və əlbəttə ki, hissələrin dəyişdirilməsinin səbəbini öyrənmək lazımdır.
İstifadə olunmuş avtomobil alarkən diqqətli olun və bu sizə uzun illər xidmət edəcək.
Natiq Nazimoğlu
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












