Maşın və avadanlıqların təhlükəsizlik dövriyyəsinə dair tələblər müəyyənləşib

Azərbaycanda “Maşın və avadanlıqların təhlükəsizliyi haqqında” texniki reqlament layihəsi ictimai müzakirəyə çıxarılıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulur.
Qeyd edək ki, bu reqlament istehlak bazarında maşın və avadanlıqlarla bağlı hazırlanma (layihələndirilmə), istehsal, montaj, sazlanma, istismar, saxlanma, daşınma, satış və utilizasiya zamanı tətbiqi və icrası məcburi olan vahid tələblərin müəyyən edilməsi, istehlak bazarında dövriyyəyə buraxılan maşın və avadanlıqların sərbəst dövriyyəsinin təmin edilməsi məqsədilə hazırlanıb.
Bu sənəd “Texniki tənzimləmə haqqında” qanuna uyğun olaraq maşın və avadanlıqların təhlükəsizliyinin təmin edilməsi və onların istehlak bazarında sərbəst dövriyyəsinə dair tələbləri müəyyən edir.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












